İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrovla qısa danışıqlar aparıb.
Gununsesi.info xəbər verir ki, Əraqçi bu barədə “Telegram” kanalında məlumat yayıb.
Görüş MDB Dövlət Başçıları Şurasının iclası başlamazdan əvvəl tədbir çərçivəsində baş tutub.











