Mübariz Mənsimov Rahmi Koçun doğum gününü təbrik edib

  • Müəllif: Orxan
  • 09 Oktyabr 2026 12:34

İş adamı Mübariz Mənsimov Türkiyənin tanınmış iş adamlarından Rahmi Koçu doğum günü münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, Mübariz Mənsimov təbrikində Rahmi Koçun yalnız böyük işlərə imza atmadığını, həm də minlərlə insana iş imkanı yaratdığını, ailələrə ümid verdiyini və nəsillər boyu yaşayacaq dəyərlər qoyduğunu vurğulayıb.

“İnsanın həyatda qoya biləcəyi ən gözəl iz başqalarının həyatına qatdığı dəyərdir. Siz də bunun ən gözəl nümunələrindən birisiniz”, – deyə Mənsimov qeyd edib.

O, Rahmi Koça can sağlığı, əmin-amanlıq və doğmaları ilə birlikdə uzun, gözəl illər arzulayıb, təbrikini hörmət və sevgiləri ilə çatdırıb.

Elmar

Gununsesi.info