Rusiyanın səhər saatlarında Zaporojyeyə idarəolunan avi bombalarla hücumu nəticəsində ölənlərin sayı 7-yə çatıb. Həlak olanlardan üçü uşaqdır.
Gununsesi.info xəbər verir ki, vilayət hərbi administrasiyası ilkin məlumatda iki nəfərin öldüyünü, daha iki nəfərin yaralandığını açıqlayıb. Sonradan ölənlərin sayının 7-yə yüksəldiyi bildirilib.
Hücum nəticəsində yaşayış evləri dağılıb. İlkin məlumata görə, dağıntılar altında da insanlar qalıb, onların sayı məlum olmayıb.
Hadisə yerindən yayılan fotolarda dağılan evlərin qalıqları görünür.











