ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatının ona deyil, beynəlxalq hüquqşünas Navanethem “Navi” Pillaya verilməsini tənqid edib.
Gununsesi.info xəbər verir ki, Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında səkkiz müharibənin nizamlanmasına vasitəçilik etdiyini bildirərək mükafata layiq olduğunu vurğulayıb. O, Pakistanla Hindistan, İsraillə İran, Ermənistanla Azərbaycan arasındakı münaqişələri nümunə göstərib.
“Əslində, mən bir yox, səkkiz Nobel Sülh Mükafatı almalı idim”, – deyə ABŞ prezidenti yazıb.
Trampın sözlərinə görə, münaqişələrin həllinə yardım etdiyi ölkələrin prezidentləri və baş nazirləri onun namizədliyini dəstəkləmək üçün Norveç Nobel Komitəsinə məktublar göndəriblər.
ABŞ prezidenti həmçinin İranın nüvə silahı əldə etməsinin qarşısını aldığını, İsraildəki girovların azad olunmasına nail olduğunu və NATO ölkələrinin müdafiə xərclərinin artırılmasında rol oynadığını iddia edib.
Mükafatın ona verilməməsinin Norveçin nüfuzuna xələl gətirdiyini bildirən Tramp qərarı sərt ifadələrlə tənqid edib:
“Prezidentiniz olaraq, təmsil etdiyim Amerika Birləşmiş Ştatları Nobel Sülh Mükafatına layiq görülməli idi, lakin bu baş vermədi”.
O, Nobel Sülh Mükafatının “demokratiyaya qarşı çıxan və sivilizasiyanın düşməni olan bir ovuc radikal ideoloq tərəfindən birdəfəlik nüfuzdan salındığını” da bildirib.










