Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin şəhidi Yüksəl Əlizadənin qardaşı Əli İlqar oğlu Əlizadəni hakim təyin edib.
Gununsesi.info xəbər verir ki, Əli Əlizadə Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
Daha əvvəl daxili işlər orqanlarında çalışan Əli Əlizadənin qardaşı Yüksəl Əlizadə Gəncə Şəhər Prokurorluğunun əməkdaşı olub və 44 günlük Vətən müharibəsində könüllü iştirak edib.
Qeyd edək ki, təyinat Prezident İlham Əliyevin 10 oktyabr 2026-cı il tarixli sərəncamı ilə rəsmiləşdirilib.












