Şair-direktor: “Məktəbimizdə dünyəvi prinsiplərə zidd geyim və aksesuarlara yol verilməyib”

  • Müəllif: Firuzə
  • 12 Oktyabr 2026 10:56

Şair və məktəb direktoru Elşən Əzim məktəbdə daxili nizam-intizam qaydalarının düzgün müəyyənləşdirilməsinin vacibliyindən danışıb.

Gununsesi.info -nun xəbərinə görə, Elşən Əzim bildirib ki, 12 ildir məktəb direktoru kimi fəaliyyət göstərir və rəhbərlik etdiyi təhsil müəssisəsində ilk gündən daxili nizam-intizam qaydaları tətbiq olunub.

Onun sözlərinə görə, həmin qaydalarda həm şagirdlərin, həm də müəllimlərin geyimi ilə bağlı xüsusi bəndlər yer alıb. Şagirdlərin qəbulu və müəllimlərin intizam məsələlərində də bu qaydalara əsaslanılıb.

Məktəb direktoru qeyd edib ki, təhsil müəssisəsində dünyəvi prinsiplərə zidd hesab etdiyi geyim və aksesuarlara əvvəldən yol verilməyib.

Orxan
Gununsesi.info