Bir neçə gün əvvəl deputat Səyyad Aranın vətəndaşların səhiyyə nazirinin qəbuluna düşə bilməməsi ilə bağlı açıqlamasından sonra nazirliyin rəsmi saytında yerləşdirilən qəbul cədvəlinin 2025-ci ilə aid olduğunu üzə çıxmışdı.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov paylaşım etmişdi.
İlkin Muradovun məsələ ilə bağlı yaydığı məlumatda bildirilirdi ki, nazirlik vətəndaş qəbulu cədvəlinin rəsmi saytda yerləşdirildiyini açıqlasa da, saytdakı cədvəl cari ilə deyil, 2025-ci ilə aid olub.
İndi isə məsələ ilə bağlı yeni vəziyyət ortaya çıxıb.
Belə ki, iddiaya görə, vətəndaşlar Səhiyyə Nazirliyinə bundan sonra yalnız elektron qaydada müraciət edə biləcəklər.
Beləliklə, vətəndaşların nazirin qəbuluna düşə bilməməsi ilə bağlı müzakirələr fonunda üzbəüz qəbul imkanının taleyi sual doğurur.
Elmar
Gununsesi.info












