İran səfiri XİN-ə çağırıldı

  • Müəllif: Firuzə
  • 13 Oktyabr 2026 23:23

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Gununsesi.info IRIB-yə istinadən xəbər verir ki, buna səbəb “RAF Fairford” (Royal Air Force Fairford) aviabazası ətrafında baş vermiş insidentlə bağlı İranın ittiham olunmasıdır.

“Londonun yüksək rütbəli rəsmilərinin “Fairford” hərbi bazasında baş verdiyi iddia edilən hadisəni İrana aid etmələri ilə bağlı əsassız iddiasına cavab olaraq, İngiltərənin Tehrandakı səfiri Hüqo Şorter çağırılıb və İngiltərənin İrana qarşı məsuliyyətsiz yanaşmasına dair İran İslam Respublikasının kəskin etirazı ona çatdırılıb”, – məlumatda bildirilib.

XİN-in Qərbi Avropa idarəsinin Baş direktoru Əlirza Yusifi Londonun İrana qarşı əsassız iddiasını tamamilə rədd edərək vurğulayıb ki, Britaniya rəsmiləri Tehrana əsassız ittihamlar irəli sürməklə, ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzündə iştiraklarına görə beynəlxalq məsuliyyətdən boyun qaçıra bilməzlər.

Xatırladaq ki, İran XİN dünən bununla bağlı bəyanat yayıb. İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musəvi də oktyabrın 12-də krallığın Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə dövlət naziri Stiven Douti ilə görüşündə ölkəsinin “RAF Fairford” (Royal Air Force Fairford) aviabazası ətrafında baş vermiş insidentlə hər hansı əlaqəsini rəsmən və qəti şəkildə rədd edib.

Gununsesi.info