“Azərbaycan-Türkiyə münasibətlərinin yüksək olması çoxlarını narahat edir” -ŞƏRH

“Son günlər sosial medianın Türkiyə seqmentində Azərbaycana qarşı güclü kompaniyanın aparıldığının şahidiyik. Müxtəlif hesablardan ölkəmizə qarşı davamlı olaraq əsassız ittihamlar səsləndirilir, münasibətlərə xələl gətirilməsi üçün ciddi səylər edilir”.
Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib:
“Təəssüf ki, belə cəhdləri bir sıra hallarda ölkəmizdə də görürük. Heç şübhsəiz ki, burada kənar qüvvələrin də böyük rolu var. Görünən odur ki, Azərbaycan Türkiyə münasibətlərinin yüksək olması çoxlarını narahat edir. Bu birmənalıdır ki, münasibətləri qorumalıyıq.
Yeni Azərbaycan Partiyasının qurultayında Prezident İlham Əliyev xüsusi vurğuladı ki, Azərbaycan müstəqil siyasət həyata keçirir. Azərbaycan xalqının öz həyat tərzi var. Azərbaycan hər zaman müstəqil siyasət həyata keçirib və gələcəkdə də bu siyasəti davam etdirəcək. Bunu bütün region ölkələri, eyni zamanda qardaş və dost ölkələr də qəbul etməlidirlər.
Əgər kimsə düşünürsə ki, bu cür cəhdlərllə Azərbaycanın müstəqil siyasətinə təsir göstərə bilər yanılır”.
Deputat qeyd edib ki, bu cür yanaşma ancaq və ancaq yüksək səviyyədə münasibətlərə xələl gətirir:
“Azərbaycan İsrail münasibətlərinə gəldikdə isə bu əlaqələr heç kimin əleyhinə yönəlməyib. Eyni zamanda, düşünürəm münasibətlərin yüksək səviyyədə olması bütün müsəlman dünyasının marağına xidmət edır. Bu yüksək münasibətlər zaman-zaman Türkiyə-İsrail, Suriya-İsrail, eləcə də digər müsəlman ölkələri ilə İsrail arasında münasibətlərin tənizmlənməsinə özünün mühüm töhfəsini verib. Bu potensialdan hətta gələcəkdə İran da istifadə edə bilər. Bu günə kimi, heç kim müharibədən uğur qazanmayıb.
Sonda bir daha fürsətdən istifadə edib hər kəsi eləcə də, Türkiyədəki qardaşlarımızı bu cür emosional yanaşmalara, münasibətlərə xələl gətirə biləcək cəhdlərə son qoymağa çağırırıq.
Hazırda dünyada ciddi və mürəkkəb proseslərin getdiyi bir dövrdə bu cür təbliğat yalnız və yalnız düşmənin dəyirmanına su tökür. İndi münasibətləri korlamaq yox, daha da inkişaf etdirmək zamanıdır”.