2026-cı il oktyabrın 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 251,2 min nəfər olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda işsizlərin sayında 6,26% artım qeydə alınıb.
Bildirilib ki, işsizlərin 53,5%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 483,4 manat olub.











