Səyyad Aran İmişlidə səyyar qəbul keçirib — FOTOLAR

  • Müəllif: Firuzə
  • 17 Oktyabr 2026 20:24

Milli Məclisin deputatı Səyyad Aran İmişli rayonunun Əliqulular kəndində seçiciləri ilə görüşüb. Millət vəkili ötən dövr ərzində vətəndaş müraciətləri ilə bağlı gördüyü işlər barədə seçicilərinə hesabat verib.

Gununsesi.info xəbər verir ki, deputat daha sonra Cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi fikirlərin xüsusi əhəmiyyətini vurğulayaraq Azərbaycanın hazırda regionda əsas söz sahiblərindən biri olduğunu diqqətə çatdırıb.

Səyyar qəbul zamanı kənd sakinləri onları narahat edən bir sıra problemlərlə bağlı deputata məlumat veriblər. Bəzi məsələlər yerindəcə müsbət həllini tapıb. Araşdırılması zaman tələb edən müraciətlərin qeydiyyatı aparılıb və müvafiq dövlət qurumlarına sorğuların göndəriləcəyi bildirilib.

Səyyar qəbulda YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və İmişli RİH başçısının Əliqulular kəndi üzrə icra nümayəndəsi Ramiz Səfərov da iştirak edib.

Gununsesi.info