Türkiyənin Azərbaycandakı Səfirliyi yerli mediada bu ölkənin XİN rəhbəri Hakan Fidanın Bakıda Gəncliyə Yardım Fondunda keçirdiyi görüşlə bağlı iddialarına münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, səfirliyin açıqlamasında ‘Hakan Fidanın GYF-dəki görüşünün pərdəarxası’ başlıqlı xəbər Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə zərər vurmağı hədəfləyən çevrələrin dezinformasiya cəhdlərindən ibarət olduğu deyilib.
“Hörmətli nazirimiz Bakıya səfəri zamanı çoxsaylı şəxslərlə nəzakət məqsədli xatirə şəkilləri çəkdirib. Onların arasında Azərbaycanda qanuni statusa malik bir təşkilatın üzvləri də var. Xəbərdə hörmətli nazirimizin gizli görüş keçirdiyi və müxtəlif təlimatlar verdiyi barədə iddialar qətiyyən doğru deyil”.
Açıqlamada, həmçinin bildirilir ki, xəbər mətnində yer alan “daxili işlərə müdaxilə planları”, “kəşfiyyat əməliyyatları”, “çevriliş və xaos planları” və “təsir agentlərinin yetişdirilməsi” kimi ifadələr də qardaş Azərbaycan xalqını Türkiyəyə qarşı təhrik etməyi hədəfləyən qəsdən yayılan yalanlardan ibarətdir.
- Gununsesi.info












