Roma Papası XIV Leo Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Xerson vilayətinin Alyoşki şəhərindəki ağır humanitar vəziyyətə diqqət çəkib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Vatican News” məlumat yayıb.
“Danışıq zamanı Müqəddəs Ata Xerson vilayətinin Alyoşki şəhərindəki ağır vəziyyəti xatırladıb və daha əvvəl Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı humanitar atəşkəs müraciətini qeyd edib”, – məlumatda bildirilib.
Pontifik tərəflər arasında əməkdaşlığın Alyoşkiyə ərzaq və tibbi yardımın çatdırılmasına, həmçinin mülki əhalinin könüllü və təhlükəsiz şəkildə təxliyəsinə imkan yaradacağına ümid etdiyini bildirib.
Telefon danışığı oktyabrın 19-da baş tutub.











