Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

  • Müəllif: Firuzə
  • 20 Oktyabr 2026 10:32

Oktyabrın 19-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Gununsesi.info