Ukraynada döyüşən azərbaycanlı Sumıda həlak oldu

  • Müəllif: Firuzə
  • 20 Oktyabr 2026 12:11

Ukrayna ordusunda xidmət edən azərbaycanlı döyüşçü İlyas Mütəllim oğlu Abdullayev Sumı vilayətində gedən döyüş əməliyyatları zamanı həlak olub.

Gununsesi.info xəbər verir ki, İlyas Abdullayev döyüşlərdə göstərdiyi xüsusi şücaətə görə bir neçə təltifə layiq görülüb. O, Ukrayna ordusunda fərqlənən döyüşçülərdən biri olub.

Bərdə rayonunda anadan olan İlyas Abdullayev Ukraynanın Jovti Vodi şəhərində yaşayırdı.

Ailəli olan döyüşçüdən üç övladı yadigar qalıb.

İlyas Abdullayevlə vida mərasimi oktyabrın 18-də, Ukraynanın paytaxtı Kiyevdə keçirilib.

Qeyd edək ki, İlyas Abdullayevin üç övladı hər iki Vətəninə əmanət qalıb.

Gununsesi.info