Hüquqşünas: “Valideyn istənilən halda övladını mirasdan məhrum edə bilmir”

  • Müəllif: Firuzə
  • 21 Oktyabr 2026 19:18

Miras məsələləri ilə bağlı ən çox verilən suallardan biri valideynin övladına ümumiyyətlə miras qoymamaq hüququnun olub-olmamasıdır.

Gununsesi.info -nun xəbərinə görə, hüquqşünas Şamil Paşayev bildirib ki, şəxs əmlakı barədə vəsiyyətnamə ilə sərbəst qərar verə bilsə də, qanunvericilikdə məcburi pay hüququ nəzərdə tutulub.

Onun sözlərinə görə, qanunda göstərilən kateqoriyaya aid olan bəzi varislər müəyyən hallarda vəsiyyətnamənin məzmunundan asılı olmayaraq məcburi pay tələb etmək hüququna malik ola bilərlər.

Şamil Paşayev qeyd edib ki, hər bir miras işi konkret faktlar və ailə münasibətləri nəzərə alınmaqla qiymətləndirilir. Bu səbəbdən “övladı tamamilə mirasdan məhrum etmək həmişə mümkündür” fikri hüquqi baxımdan doğru deyil.

Orxan
Gununsesi.info