Zelenski 9,5 milyon ukraynalının ölkəyə qayıtmasını istəyir

  • Müəllif: Firuzə
  • 21 Oktyabr 2026 20:15

Ukrayna Prezidenti Volodimir Zelenski xaricdə yaşayan 9,5 milyon ukraynalının ölkəyə qayıtmasının vacib olduğunu bildirib.

Gununsesi.info  xəbər verir ki, Zelenski bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

“Bizə 9,5 milyon insanın – evlərini itirən və müxtəlif ölkələrdə yaşayan insanların – Ukraynaya qayıtması lazımdır. Sadəcə yaşamaq və ölkələrini qurmaq üçün”, – deyə Zelenski bildirib.

Gununsesi.info