ABŞ Prezidenti Donald Tramp ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların yaxın vaxtlarda keçiriləcəyini gözlədiyini bildirib.
Gununsesi.info xəbər verir ki, Tramp bu barədə Ağ Evin cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Üçtərəfli danışıqların keçirilməsi perspektivi ilə bağlı suala cavab verən ABŞ lideri görüşün tezliklə baş tutacağını gözlədiyini vurğulayıb.
“Onlar kifayət qədər tezliklə keçiriləcək və düşünürəm ki, hər iki tərəf razılaşma əldə etmək istəyir”, – deyə Tramp bildirib.











