Sumqayıtda ev yanıb - 6 YAŞLI UŞAQ ÖLÜB

  • Müəllif: admin
  • 31 Mart 2017 22:57

 

yangin

Sumqayıtda yanğın qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 20 m2sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2011-ci il təvəllüdlü Vəliyev Mətləb Şahmar oğlunun yanmış meyiti aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info