Bir müddət öncə Göyçay rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən kənarlaşdırılan Mübariz Ağayev yeni vəzifəyə gətirilir. Bu barədə Gununsesi.info–ya Mübariz Ağayevə yaxın mənbələrdən məlumat verilib. Mənbə deyib ki, Mübariz Ağayev Kənd Təsərrüfatı Nazirliyi tabeçiliyində “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətiə sədr gətirilir. Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib. Qərara görə, nazirlyin tərkibində “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Mənbənin sözlərinə görə, Mübariz Ağayevin bu vəzifəyə gətirilməsində nəqliyyat naziri Ziya Məmmədov və kənd təsərrüfatı naziri Heydər Əsədovun müstəsna rolu olub. Belə ki, M. Ağayev Z.Məmmədovun komandasında ona ən etibarlı kadrlardan biri hesab olunur. Göyçay rayonu Z. Məmmədovun “kurasiya”sından alınandan sonra onun maraqlarını təmin etmək üçün belə bir addım atılıb. Xatırladaq ki, Kənd təsərrüfatı naziri H.Əsədovun da Z.Məmmədovla qohumluq əlaqəsini nəzərə alsaq, o zaman burada təəccüb doğuracaq bir məsələ yoxdur. Heydər Əsədov Ziya Məmmədovun oğlu Anarın qaynatasıdr. Bu yolla iki quda ölkənin kənd təsərrüfatı sahəsində yeni monopoliyanı həyata keçirməyi planlayırlar.
Keçmiş icra başçısına yeni vəzifə verilir
- By admin
- 04 İyul 2016 11:06
DİGƏR XƏBƏRLƏR
-
26 Aprel 2024 16:32
İlham Əliyev həbsdəki jurnalistlərdən danışdı
-
26 Aprel 2024 10:37
Heç kəs əleyhimə ifadə verməsə də hakim ittiham aktını hökmə köçürüb
-
25 Aprel 2024 17:05
Avropa Parlamenti həbsdəki siyasi fəallara və jurnalistlərə azadlıq istəyir
-
24 Aprel 2024 19:06
Azərbaycanda məhkəmə işlərində saxta şahidlərdən geniş istifadə olunur
-
24 Aprel 2024 02:21
Neft-qazdan ödənilən vergilərdə rekord azalma
-
23 Aprel 2024 11:22
Məsələ insan haqları deyil
-
22 Aprel 2024 16:24
Son dəqiqə: Qubad İbadoğlu azadlıqda
-
22 Aprel 2024 11:15
Müdafiə Nazirliyinin silah-sursat anbanı tikən şirkətin rəhbərinə hökm oxunub
-
20 Aprel 2024 22:15
ABŞ Ukraynaya 61 milyard dollarlıq yardım ayırdı
-
19 Aprel 2024 15:34
Rusiya NATO-nu izləmək üçün buna da əl atdı
-
18 Aprel 2024 13:56
AŞ PA-nın Rusiyanın dondurulmuş 300 milyardı ilə bağlı təklifi var
-
17 Aprel 2024 15:51
Payızdan sonra Qarabağ mövzusu birdəfəlik tarixin arxivinə gedəcək