Taylandda partlayış –  50 yaralı

  • By admin
  • 09 May 2017 15:58

partlayis

 

Taylandın Pattani vilayətində ticarət mərkəzlərindən birinin yaxınlığında iki dəfə partlayış baş verib.

“Qafqazinfo”nun “The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 50 nəfər xəsarət alıb.

Polisin ilkin məlumatına görə, insident naməlum şəxslər tərəfindən avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində olub.

Partlayışa məsuliyyəti hələ ki, heç bir terror təşkilatı öz üzərinə götürməyib.

 

Gununsesi.info