Azərbaycan jurnalistlərinə şad xəbər - MƏNZİLLƏRİN VERİLƏCƏYİ TARİX AÇIQLANDI

  • By admin
  • 11 May 2017 12:46

menziller

Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın istifadəyə veriləcəyi tarix məlum olub.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli APA-ya bildirib ki, ikinci binanın mənzilləri jurnalistlərə bu il 22 iyul – Milli Mətbuat günündə veriləcək.

3 girişli, 17 mərtəbəli bina 255 mənzildən ibarətdir.

Qeyd edək ki, jurnalistlər üçün inşa edilmiş birinci bina 22 iyul 2013-cü ildə istifadəyə verilib.

Gununsesi.info