
Sabirabad rayonunun Qaralı kənd sakini müvafiq sənədləri olmayan ov tüfəngini təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabirabad rayonunun Qaralı kənd sakini Rəvayel Mehdiyev müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngini RPŞ-yə təhvil verib.
Anar
Gununsesi.info









