Bu yolda hərəkət məhdudlaşdırılır - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

  • Müəllif: admin
  • 02 İyun 2017 18:33

5931740d6cbec_18835953-1055718397897813-6575791054588837317-n-1

Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq sabahdan sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən Gununsesi.info-ya verilən məlumata görə, hərəkətin qismən məhdudlaşdırılması bir-neçə gün ərzində Biləcəri-Binəqədi yolunun “Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və qeyd olunan müddət ərzində sözügedən ərazidə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməkləri tövsiyyə olunur.

Gununsesi.info