
“Əgər Suriyanın Quzeyindən Türkiyəyə qarşı hər hansı hərbi təcavüz olarsa, o zaman gərəkən qərarlarımızı özümüz verəcəyik, kiminləsə bu məsələdə məsləhətləşməyəcəyik”.
Gununsesi.info-nun Türkiyə mediasına isrinadən xəbərinə görə, bunu Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan deyib.
O, bildirib ki, Türkiyə sərhədlərinin toxunulmazlığına və ərazi bötüvlyünə qarşı hər hansı bir addıma səssiz qala bilməz və qalmayacaq.
Ərdoğan belə bir addım atılarsa, kiminləsə məsləhətləşməyəcəklərini və anında bunun cavabını vermək üçün real hərəkətə keçəcəklərini də sözlərinə əlavə edib.
KAMİL
Gununsesi.info












