
İndiyədək bütün dietoloqlar və qida mühəndisləri tövsiyələrində nahar zamanı su içməyin zərərlərini təkidlə təkaralayır, gün ərzində hər bir normal insanın 2-3 litr su içməsinin vacib olduğunu söyləyirdilər.
Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, demə yeməkdən əvvəl su içmək orqanizmə ziyanlıymış.
Rus kardioloqları və dietoloqları hesab edirlər ki, tələb olunan qədər su içmək lazımdır. Onlar iddia edirlər ki, əgər istəmirsinizsə, o zaman məcburən də su içməyin. Su içmək istəmiriksə, bu səbəbi aradan qaldırmadan özümüzü bu qədər su içməyə məcbur etmək, yaxud susamadan zorla su içmək də yanlışdır. Bu tədricən bizi suya nifrət etməyə gətirib çıxaracaq. Nəticədə suya olan instinktimizi itirəcəyik. Kardioloqlar hesab edir ki, suyu nə qədər yox, nə zaman içmək daha vacibdir. Buna görə də, suyu rejimlə içmək vacibdir.
Doğrudur, artıq çəkidən azad olmaq istəyənlərə su içməyin böyük faydası var. Lakin ehtiyac duyduğumuzdan artıq su içmək orqanizmə yalnız ziyan vuracaq. Əgər orqanizm təlb etmirsə, 3 litr su qəbul etsək, ona yaxşılıq etmiş olmayacağıq. Nəticədə orqanizmi istəmədiyi bir şeyə məcbur etməklə, onu həmin qidadan iyrəndiririk.
Arıqlamaq məqsədilə yeməkdən əvvəl ac qarına 2 stəkan su içməyə çalışmaqla suya nifrət hissinin artmayın. Qətiyyən yeməkdən əvvəl ac qarına su içməyin. Suyu yemək zamanı içmək olar. Hətta sulu şorbalar yediyimiz zaman belə arada su içə bilərik.
Suya limon damcıladaraq, darçın, yaxud başqa ətirli bitki atıb dadını dəyişərək içməyə çalışmayın. Bu suyun natural dadını unutduracaq və insanın su istəmək instinktini itirməsinə səbəb olacaq.
Çay-qəhvə maye olsa da su deyil. Çox çay və ya qəhvə içiriksə, bunların arasında hərdən su da içmək lazımdır.
Yemək əsnasında su içməyin yanlış olduğuna inanmayın. Yemək əsnasında suya ehtiyac duysanız, mütləq için. Beləliklə, biz yeməyi daha rahat yeyəcəyik və onun həzminə kömək edəcəyik. Həm də yemək arası təmiz su içmək qazlı, şirin sular, kompotlar, meyvə şirələri içməkdən daha faydalıdır.
Su içməyin doğru zamanı
Gecə bədən uzunmüddətli susuz qaldığından, çalışın səhərlər 200-400 mlt su için.
Səhər yuxudan oyanan kimi 2 stəkan su için. Bu daxili orqanlarınızın fəaliyyətini yaxşılaşdıracaq.
Yeməkdən 30 dəqiqə əvvələdək su için. Bu metabolizmanı və həzm-qida traktının fəaliyyətini gücləndirəcək.
Yemək zamanı istədiyiniz qədər su için. Çünki yemək zamanı “su içmək olmaz” mifinin elmi əsası yoxdur.Bu zaman qida yemək borusundan mədəyə asanlıqla keçəcək, həzmə kömək edəcək. İri tikələrin parçalanmasına yardımçı olacaq. Odur ki, istədiyiniz zaman su için.
Vanna qəbu etməzdən öncə də 1 stəkən su qəbul edin. Bu sizin arterial təzyiqinizi aşağı salmağa kömək edəcək.
Yatmazdan əvvəl 1 stəkan su içmək təkcə dərin yuxu gətirmir, həmçinin ürəyin fəaliyyətini də yaxşılaşdırır.
Əgər əhval-ruhiyyəniz yaxşı deyilsə, həmən su için. ABŞ-ın nüfuzlu Konnektikut Universitetinin alimlərinin ötən il apardığı araşdırmaların nəticələrinə görə, mayenin adekvat qəbul edilməsi əhval-ruhiyyəni yaxşılaşdırır.
İdman zallarnda məşq edərkən də su qəbul etməyi unutmayın. Əgər belə etməsiniz, məşqin effekti 2 dəfə aşağı düşəcək. Lakin bunu hər 10-15 dəqiqədən bir qurtumlarla edin.
Gülnaz Qənbərli
Gununsesi.info











