
Avtomobillərdən oğurluq edənlər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, iyunun 5-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarından birində Bakı şəhər sakini Cəmilə Mirzəliyə məxsus içərisində 20 manat pul olan çantanı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səbinə Rzayeva Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.
Bundan başqa, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Samir Mirzəyevin və narkotik vasitə ilə tutulan Rəvan Abdullayevin ətraflarında Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların 2 avtomobildən noutbuk və post terminal oğurlamaları, habelə 1 avtomobilin şüşəsini sındırmaları müəyyən edilib.
Anar
Gununsesi.info










