
İyunun 6-da AFFA-nın Futbol Akademiyasında assosiasiyanın təşəbbüsü və maliyyə dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən televiziya və radioda çalışan idman (xüsusilə də futbol) şərhçiləri üçün rusiyalı televiziya və radio şərhçisi, idman jurnalisti Aleksandr Kuzmakın rəhbərliyi ilə seçimar başlayıb.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, əvvəlcə AFFA-nın baş katibi Elxan Məmmədov seminarın mühim əhəmiyyət kəsb etdiyini qeyd edərək iştirakçılara uğurlar arzulayıb və bu cür seminarların ənənəvi hal alacağını, növbəti aylarda da təşkil ediləcəyini bildirib.
Anar
Gununsesi.info










