
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Kambocanın cənub-şərqindəki Svay Reyng əyalətində yaşayan 30 yaşındakı Pin Long bir il ərzində öz uşaqlıq xəyalını gerçəkləşdirib.
30 il ərzində bir dəfə də olsun təyyarəyə minməyən Pin 3 il ərzində “Youtube” video şəbəkəsində təyyarə zavodlarının virtual turlarını, təyyarələrin eniş, qalxış və uçuş metodlarına dair videolar izləyib. Daha sonra İkinci Dünya Müharibəsində istifadə edilən tək nəfərlik təyyarənin oxşar modelini hazırlamağa başlayıb. O, təyyarənin pilot kreslonu ayaqlarını kəsdiyi plastik stuldan, gövdəsini isə mazut çənindən hazırlayıb. Başına motosiklet kaskası qoyan Pin təyyarəni tarla üzərində 50 metr yüksəkliyə qədər havalandırmağı bacarıb.
İki uşaq atası olan P.Long indi də dəniz təyyarəsi üzərində çalışmağa başlayacaq.



Gununsesi.info












