
Bakı şəhər sakininin pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən şəxslər tutulublar.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də Bakı şəhər sakini İsmayıl Umudovun 90 manatını və 1400 türk lirəsini quldurluq yolu ilə almaqda şübhəli bilinən Laçın Əliyev və Cavid İbrahimov tutulublar.
Bundan başqa Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də Bakı şəhər sakini Ramil Məmmədovun 500 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Bəxtiyar Şirinov tutulub.
Anar
Gununsesi.info











