
Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının XIX ümumi yığıncağı keçirilib.
Gununsesi.info xəbər verir ki, yığncaqda üzvlərlə yanaşı, xarici ölkələrin səfirliklərinin və beynəlxalq təşkilatların nümayənədləri də iştirak edirdir. Yığıncaqda ilk olaraq, səsvermə yolu ilə 3 nəfərdən ibarət sədarət heyəti və 2 katiblik müəyyənləşdi.
Daha sonra Koalisiya Şurasının əlaqləndiricisi Qubad İbadoğlu İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyası Şurasının hesabatı yığıncaq iştirakçılarına, xarici səfirlik nümayəndələrinə təqdim etdi.
İbadoğlu yeni dövrün çətinlikləri və perspektivlərindən danışdı. Onun sözlərinə görə, MSŞT üzrə beynəlxaql İdarə Heyətinin 36-ci toplantısında Azərbaycan qarşısında qoyulmuş əsas öhdəliklər bunlardan ibarət olub.
– Reyestrdən çıxarış
– Ədliyyə Nazirliyində qrant qeydiyyatı.
– Xarici donorların qrantının məqsədəuyğunluğuna dair rəy alınması və dövlət orqanları tərəfindən qeydiyyatdan keçirilməsi.
Q.İbadoğlu bildirdi ki, 1 il əvvəl Azərbaycanın bu təşkilatın üzvlüyündən çıxacağı bilinmirdi: “9 mart tarixində Azərbaycanın məsələsi müzakirəyə çıxarılmalı idi . Bu müzakirələrdən sonra Azərbaycanın fəaliyyəti dayandırıldı. Hökumət də Təşəbbüsün üzvlüyündən çıxması barədə bəyanat verdi. Düşünürəm ki, çox tələsik verilmiş bir qərardır. Hökumət deyir ki, Azərbaycana qarşi ikili standart yanaşma var. Halbuki, Təşəbbüsün bütün tələb və standartları üzvü olan ölkələrin hamısına eyni dərəcədə şamil edilir”.
Koalisiyanın əlaqələndiricisinin sözlərinə görə, ötən bir il ərzində MHŞT-nin 2015-ci il üzrə hesabatı dərc olunub. Koalisiya həmin hesabata dair Rəyini açıqlayıb.
Daha sonra Koalisiyanın XIX ümumi yığıncağında hökumətə tövsiyyələri açıqlandı. Tövsiyyədə qeyd edilir ki, hökumət MHŞT-də iştirak edən vətəndaş cəmiyyəti üçün mühitlə əlaqədar hüquqi və praktiki maneələri aradan qaldırmalı, qeydiyyatdan çıxarışların, qrantların və donorların qeydiyatı tələrblərini ləğv etməlidir.
Eyni zamanda hökumət vətəndaş cəmiyyətin fikirlərini bildirməsinə və açıq müzakirələr aparmasına şərait yaratmalıdır. Vətəndaş cəmiyyətinin siyasi və fəaliyyət cəhətdən müstəqilliyi təmin olunmalıdır.
“MSŞT üzrə yeni Dövlət Komissiyası İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyası ilə birgə daimi fəaliyyət göstərən dialoq platforması yaratmalı və davamlı əməkdaşlığa hazır olmalıdır. Əks təqdirdə yeni təşəbbüs nə investorlar və nə də beynəlxalq təşkilatlar arasında etimad qazana bilməyəcək”-deyə bildirilir.
Koalisiya üzvləri hesab edir ki, Azərbaycan mümkün qədər qısa müddətdə MSŞT üzrə beynəlxalq təşəbbüsə qayıtmalıdır.
Vüsalə Rüstəmova
Gununsesi.info









