Qətər vətəndaşlarının Məscid-i Harama girişi qadağan olunub

  • Müəllif: admin
  • 12 İyun 2017 13:30

04

Qətər vətəndaşlarının Məkkədəki Məscid-i Harama girişi, baş verən son böhran səbəbiylə Səudiyyə rəsmiləri tərəfindən qadağan olunub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Dohada çıxan “Al Sharq” qəzeti məlumat yayıb.

Belə ki, Milli İnsan Hüquqları Komitəsinin sədri Əli bin Damir əl-Merri “Al Sharq” qəzetinə verdiyi müsahibədə, Məkkədə ümrə ziyarətini yerinə yetirən qətərli vətəndaşlardan, Məkkədə Məscid-i Harama girməyin qadağan olunduğuna dair şikayətlər aldıqlarını bildirib.

Eyni zamanda komitə sədri bunun qətiyyətlə pisləyib və bu hadisəni ölkədə insan haqlarının pozulması kimi dəyərləndirib.

Anar

Gununsesi.info