Daha iki sığorta agentinin lisenziyası ləğv edildi

  • Müəllif: admin
  • 13 İyun 2017 15:49

maliyye-bazarina-nezaret-palatasi

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən iki fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziya ləğv edilib.

Bu barədə Gununsesi.info-ya Palatadan məlumat verilib.

Direktorlar Şurasının iclasında Şahzadə Emin Şahgəldi oğlu və Qubadov Elxan İlham oğlunun MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.

Gununsesi.info