
Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Nəcəfqulubəyli kəndində Meşə Təsərrüfatı İdarəsinə məxsus ərazidə 1,5 ha sahədə kol-kos və ağaclar yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info












