Hülya Avşar İbrahim Tatlısesin oğluna atası ilə bağlı etiraf etdi - "ONUN KİMİ ADAM TANIMIRAM, ENERJİSİ ÇOX İDİ"

  • Müəllif: admin
  • 16 İyun 2017 16:33

1497610697_t1

Məşhur türkiyəli sənətkar İbrahim Tatlısesin müğənni oğlu İdo Tatlıses Hülya Avşarın proqramında qonaq olub.

Gununsesi.info-nun primetime.az-a istinadən verdiyi xəbərə görə, İdo Hülya Avşarın suallarına səmimi cavab verib.

İfaçı bacısı Dilan Çıtakın illər sonra ortaya çıxması ilə əlaqədar bu sözləri deyib: “İlk tanış olmağımızda heç yadlıq olmadı. 40 ildir tanış kimi idik. Yaxşı ki, qarşımıza çıxdı. Mənim üçün hər şeydən önəmli olan anam və atamdır. Qardaş və bacılarımla əlaqədar problemim yoxdur. Bildiyimə görə, 7 qardaşım var. Bunu öz aramızda da zarafatla deyirik”.

İdo Tatlıses “7 qardaş arasında mirasa görə mübahisə düşür?” sualına belə cavab verib: “Atama “Pulunu istəmədiyimə dair bir kağıza imza ataram” dedim. Aramızda problem olmasını istəmirəm”.

Hülya Avşar 1985-ci ildə eşq yaşadığı İbrahim Tatlısesin oğluna atası ilə bağlı təəccübləndirən açıqlama edib: “Atan kimi adam tanımıram. Eşqbaz olmasına haqq verirəm. Qadınlar ondan əl çəkmir. Ümumiyyətlə, atanda bəzi şeylər çox idi. Enerjisi çox idi. Əxlaqsızlığı da buna görədir”.

Gununsesi.info