Nijnı Novqoroddan Bakıya gələn avtobus aşıb

  • Müəllif: admin
  • 16 İyun 2017 17:40

avto asdi

Rusiyada içərisində azərbaycanlıların da olduğu avtobus qəzaya uğrayıb. 

Gununsesi.info-nun RİA “Novosti”-yə istinadən verdiyi məlumata görə, Nijnı Novqoroddan Bakıya gələn avtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb.

Hadisə nəticəsində 7-si uşaq olmaqla, 10 Azərbaycan vətəndaşı xəsarət alıb.

Avtobusda 10-dan çox Azərbaycan vətəndaşının olduğu bildirilir.

Qəzanın baş vermə şəraiti araşdırılır.

Gununsesi.info