“Azəravtoyol” ASC-dən Gununsesi.info-ya verilən məlumata görə, bu gün səhər saat 10:00-dan etibarən Yasamal rayonu, Balababa Məcidov küçəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.
Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
Gununsesi.info











