Bakıda iki nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşdi

  • Müəllif: admin
  • 03 İyul 2017 20:05

batmaq

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakının Suraxanı rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi məlumata görə, Xidmətin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Dalğıc-xilasedicilər vətəndaşları sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info