
Tanınmış və gənc ifaçı, hazırda isə telekanallardan birində aparıcılıq edən İrem Derici ünlü sənətçi Selami Şahinin oğlundan ayrılıb.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, 15 ay öncə bir-birilərinə aşiq olan İrem Derici ilə Lider Şahin sonda ayrılmaq qərarı veriblər.
Yaxın zamanlarda evlənəcəkləri gözlənilsə də, amma cütlük gözlənilmədən- bir anın içində yollarını ayırmağı məqsədəuyğun biliblər.
Derici isə ayrılıqlarının səbəbinin “xəyanət”lə bağlı olmadığını deyib və Şahinlər ailəsinə bundan sonra hörmətlə yanaşacağını deyib.
“İstər Liderə, isrtərsə də Şahin ailəsinə hörmətim-sayğım hər zaman olub və bundan sonra da olacaq”-deyə, o, sözlərinə əlavə edib.
KAMİL
Gununsesi.info












