
Abşeron rayon Masazır qəsəbəsində Zəngilan rayon məcburi koçkünlərinin məskunlaşdığı şəhərcikdə ogurluq hadisəsi baş verib. Gunusesi.info xəbər verir ki, hadisə vətəndaş Zakir Bayramova məxsus kafe kimi fəaliyyət göstərən obyektə qeydə alınıb. Oğrular kafeyə gecə saatlarında təqribən saat 1- 2 radələrində obyektin dəmir qapısnı qıraraq içəri daxil olublar. Ogurluq anının bu saatlarda baş verməsini isə kafeyə quraşdırılan təhlükəsizlik kameralarının görüntüləri əsas verir. Zərərçəkən Zakir Bayramovun sözlərinə görə bu ilin aprel ayının 12 də isə ona məxsus kafe qəsdlə yandırılıb. Bu zaman da vətəndaşa külli miqdarda ziyan dəyib. Yanğın hadisəsinin üzərindən 3 ay keçməsindən sonra kafə yarılıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Gununsesi.info












