Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Gununsesi.info report-a istinadən xəbər verir ki, rayon sakini 1968-ci il təvəllüdlü Saday Əliyev arvadı və iki övladını yatan yerdə ağır çəkiclə (“kvalt”) vurub.
Nəticədə S.Əliyevin arvadı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyeva ölüb. Onun övladları 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info