İlk pley-offçular kim olacaq? - AVROLİQADA

  • Müəllif: admin
  • 02 Avqust 2017 20:10

avroliq

Bu gün Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunlarına start veriləcək.

Gununsesi.info-nun məlumatına görə, ilk oyun günündə yalnız 2 matç baş tutacaq.

Pley-offa vəsiqələr İsveçrə və Kiprdəki oyunlarda sahibini tapacaq.

İlk matçda məğlub olan “Syon” “Suduva”nı qəbul edəcək.

AEL və “Austriya” isə 0:0-ın revanşında kimin güclü olmasını müəyyən edəcəklər.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunları

2 avqust

20:00. “Syon” (İsveçrə) – “Suduva” (Litva)

İlk oyun – 0:3

20:00. AEL (Kipr) – “Austriya” (Avstriya)

İlk oyun – 0:0

Gununsesi.info