Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən salınacaq - 3 MİLYON VƏSAİT AYRILDI

  • Müəllif: admin
  • 05 Avqust 2017 19:35

ititala

Prezident İlham Əliyev avqustun 5-də “Balakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, on səkkiz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Gununsesi.info