6 günlük nəvəsini öldürən nənə həbs olundu

  • Müəllif: admin
  • 06 Avqust 2017 10:53

usaq1
Lənkəranda 6 günlük nəvəsini öldürərək quyuya atan nənə həbs olunub.

Report-un xəbərinə görə, Lənkəran Rayon Məhkəməsində hakim Fuad Sultanovun sədrliyi ilə məhkəmə iclası keçirilib.

İstintaqın gedişində cinayəti törətməsinə ciddi əsaslar olduğu müəyyən edildiyindən öldürülən 6 günlük körpə Mələk Nuriyevanın nənəsi Atifə Nuriyevaya barəsində dörd ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Gununsesi.info