
Yaponiyada 13,5 dəqiqə dayanmadan yerində fırlana bilən oyuncaq çarx-fırlanqac hazırlanıb.
Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, öz oxu ətrafında fırlanan oyuncağın hazırlanmasında kosmik peyklər üçün nəzərdə tutulan detallardan istifadə olunub. Oyuncağın qiyməti 17 min yendir.
Qeyd edək ki, adi çarxlar yalnız bir neçə dəqiqə fırlana bilir.
Gülnaz Qənbərli
Gununsesi.info









