
Cari ilin yanvar-iyul aylarında ölkənin iqtisadiyyatına qoyulan investisiyaların həcmi 0.3 faiz azalıb.
Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən bildirir.
Məlumata görə, bütün maliyyə mənbələrindən əsas kapitala qoyulan vəsaitin həcmi 8,7 milyard manat olub. Vəsaitin 5,4 milyard manatı neft sektoruna, 3,3 milyard manatı isə qeyri-neft sektoruna yönəldilib.
Ümumi sərmayənin 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39,5 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində
-müəssisə və təşkilatların vəsaitləri 71,6 faiz,
– bank kreditləri 10,6 faiz,
– büdcə vəsaitləri 11,5 faiz,
– əhalinin şəxsi vəsaitləri 4,4 faiz,
– büdcədənkənar fondların vəsaitləri 1,4 faiz təşkil edib.
Vüsalə
Gununsesi.info









