
Sumqayıtda iki nəfəri bıçaqla hədələyib mobil telefon və pulqabını quldurluq yolu ilə almaqda şübhəli bilinən şəxslər tutulublar.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də və 9-da O.Əlizadəni və İ.Kərimovu bıçaqla hədələyib mobil telefon və içərisində 200 manat olan pulqabını quldurluq yolu ilə almaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Gülməmməd Hüseynov, Vasif Hacıyev və 2 yeniyetmə tutulublar.
Anar
Gununsesi.info









