Ərdoğandan Pakistana mesaj

  • Müəllif: admin
  • 14 Avqust 2017 16:24

erdogann

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Tvitter” hesabından Pakistanın müstəqilliyinin 70-ci ildönümü münasibətilə mesaj yayımlayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk öncə Ərdoğan Pakistanın müstəqilliyinin elan olunmasının 70 illiyi münasibəti ilə bu ölkənin xalqını təbrik edib.

Daha sonra Ərdoğan bunları yazıb: “Bundan əvvəl olduğu kimi, bundan sonra da qardaşlıq əlaqələrimizi inkişaf etdirəcəyik. Türkiyə hər sahədə Pakistanın yanıda olacaq”.

Anar
Gununsesi.info