
Rusiyanın “Lukoil” şirkəti Türkiyədə sərmayələrini artırmaq və ortaq investisiya üçün SOCAR-la danışıqlara başlayıb.
Gununsesi.info Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə “Lukoil”in satış müdirinin köməkçisi Vadim Vorobyov açıqlama ilə çıxış edib.
O, qeyd edib ki, Türkiyədəki şirkətlərlə əməkdaşlığa hazırdılar: “Türkiyənin neft məhsulları bazarı “Lukoil” üçün strateji əhəmiyyət daşıyır. Burada bazar payımızı artırmaq üçün davamlı olaraq yeni variantlar araşdırırıq. “SOCAR” ilə də ortaq investisiya ilə bağlı fürsətləri qiymətləndirdik. Bu istiqamətdə müəyyən təkliflər almışıq. Hazırda bu əklifləri dəyərləndiririk”.
Elmar
Gununsesi.info












