Kultivasiya yolu ilə yetişdirilən çətənə kolu aşkar edilib

  • Müəllif: admin
  • 15 Avqust 2017 13:15

cetenek1

Şirvan şəhər sakinindən marixuana və çətənə kolları aşkar edilərək götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Elçin Yusubovdan 7 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info